https://news.day.az/azerinews/1847017.html Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssisləri görüşüblər Bakıda Azərbaycan və Serbiyanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssisləri görüşüblər

Azərbaycanca, 10 июля 2026 10:07 (UTC +04:00) 278
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssisləri görüşüblər

Bakıda Azərbaycan və Serbiyanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iyulun 8-də Bakı şəhərində hər iki ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət, müasir çağırışlar və təhdidlər, kritik informasiya infrastrukturunun mühafizəsi, kiberinsidentlərə qarşı mübarizə, təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və birgə təlimlərin təşkili istiqamətində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости