https://news.day.az/azerinews/1852043.html Rusiyada azərbaycanlı blogerə qiyabi həbs qərarı çıxarılıb Rusiyada Moskvanın Presnenski Rayon Məhkəməsi azərbaycan əsilli bloger Hüseyn Həsənova qiyabi hökm çıxarıb. Bu barədə TASS məlumat yayıb. Məhkəmə onu cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (çirkli pulların yuyulması) işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edib.

Rusiyada azərbaycanlı blogerə qiyabi həbs qərarı çıxarılıb

Azərbaycanca, 4 августа 2026 14:51 (UTC +04:00) 199
Rusiyada azərbaycanlı blogerə qiyabi həbs qərarı çıxarılıb

Rusiyada Moskvanın Presnenski Rayon Məhkəməsi azərbaycan əsilli bloger Hüseyn Həsənova qiyabi hökm çıxarıb.

Bu barədə TASS məlumat yayıb.

Məhkəmə onu cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (çirkli pulların yuyulması) işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edib.

 

Bundan əlavə, Hüseyn Həsənov 1 milyon rubl məbləğində cərimə ödəməli olacaq və iki il müddətində internetin Rusiya seqmentində kontent paylaşmaq hüququndan məhrum edilib.

Həmçinin onun dəyəri 46 milyon rubl (təxminən 575 min ABŞ dolları) qiymətləndirilən "Moscow City" kompleksindəki mənzili müsadirə olunub.

İstintaqın qənaətinə görə, fərdi sahibkar kimi fəaliyyət göstərən Hüseyn Həsənov 170 milyon rubldan artıq məbləğdə vergi ödəməkdən yayınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости