https://news.day.az/azerinews/1852688.html Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Azərbaycanda avqustun 11-dək bəzi ərazilərdə leysan, şimşək və dolu gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 9-u axşam saatlarından başlayaraq 11-dək Azərbaycanın qərb rayonlarından başlayaraq əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanca, 7 августа 2026 17:41 (UTC +04:00) 232
Leysan yağacaq, dolu düşəcək

Azərbaycanda avqustun 11-dək bəzi ərazilərdə leysan, şimşək və dolu gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-u axşam saatlarından başlayaraq 11-dək Azərbaycanın qərb rayonlarından başlayaraq əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

 

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.

Məlumata görə, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости