https://news.day.az/azerinews/1852696.html ADY 7 ayda 6,4 milyondan çox sərnişin daşıyıb "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-iyul aylarında 6,4 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

ADY 7 ayda 6,4 milyondan çox sərnişin daşıyıb

Azərbaycanca, 7 августа 2026 18:31 (UTC +04:00) 205
ADY 7 ayda 6,4 milyondan çox sərnişin daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-iyul aylarında 6,4 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

ADY-dən Day.Az-a verilən məlumata görə, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (16% artım), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (18% artım) səfər edib.

"Bu ilin iyul ayında isə ümumi sərnişindaşımada (951 mindən çox) 15% artım qeydə alınıb. İyulda Abşeron dairəvi xətti ilə sərnişindaşıma göstəricisi 12% artaraq 876 min, rayonlararası marşrutlarla isə 24,5% artaraq 57 840 nəfərə çatıb", - məlumatda qeyd olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости