https://news.day.az/azerinews/1852793.html
16 yaşlı yeniyetmə dənizdə batıb
Avqustun 6-sı dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb. Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
16 yaşlı yeniyetmə dənizdə batıb
Avqustun 6-sı dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.
Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, 6 avqust 2026-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре