https://news.day.az/azerinews/1854004.html Tramp kiberhücumlara “yaşıl işıq” göstərdi ABŞ-də kibercinayətkarlıqla mübarizəyə yanaşmada genişmiqyaslı dəyişiklik baş verəcək. Seçilmiş özəl şirkətlər yalnız müştəriləri kiberhücumlardan qorumaqla kifayətlənməyəcək, həm də hökumətin tapşırığı ilə hücum xarakterli əməliyyatlar (kiberhücumlar) həyata keçirə biləcəklər.

Tramp kiberhücumlara “yaşıl işıq” göstərdi

Azərbaycanca, 14 августа 2026 19:55 (UTC +04:00) 123
Tramp kiberhücumlara “yaşıl işıq” göstərdi

ABŞ-də kibercinayətkarlıqla mübarizəyə yanaşmada genişmiqyaslı dəyişiklik baş verəcək. Seçilmiş özəl şirkətlər yalnız müştəriləri kiberhücumlardan qorumaqla kifayətlənməyəcək, həm də hökumətin tapşırığı ilə hücum xarakterli əməliyyatlar (kiberhücumlar) həyata keçirə biləcəklər. ABŞ Prezidenti Donald Tramp bununla bağlı milli təhlükəsizlik üzrə memorandum imzalayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Memorandum federal hüquq-mühafizə orqanlarının transmilli kibercinayətkarlıqla mübarizə imkanlarını genişləndirib. Bundan sonra onlar ABŞ vətəndaşlarına, şirkətlərinə və infrastrukturuna hücum edən xarici cinayətkar qruplara qarşı kiberalətlərdən rəsmi şəkildə istifadə edə biləcəklər.

Yeni tədbir ilk növbədə şantajçı proqramların operatorlarına, internet fırıldaqçılığı şəbəkələrinə, fişinq kampaniyalarının təşkilatçılarına, şəxsi məlumatların oğurlanması və rəqəmsal hədə-qorxu ilə bağlı sxemlərə qarşı yönəlib. ABŞ hakimiyyəti belə cinayətləri yalnız araşdırmaq deyil, həm də cinayətkarların istifadə etdiyi infrastrukturun, kommunikasiya və maliyyə mexanizmlərinin fəaliyyətini pozmaq niyyətindədir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости