Prezident İlham Əliyev Azərbaycan və Britaniya şirkətləri arasında qarşılıqlı marağın yüksək olduğunu vurğulayıb
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını bildirib və Azərbaycanla Britaniya şirkətləri arasında böyük qarşılıqlı marağın olduğunu vurğulayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edərkən bildirib.
Otuz il əvvəl Azərbaycan-Böyük Britaniya əməkdaşlığının məhz enerji sahəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpaolunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirdi, bu xüsusda ölkəmizdə ilk Günəş elektrik stansiyasının bp tərəfindən tikildiyini qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре