İsmayıllıda ağır qəza: 60 yaşlı qadın və körpə ölüb - YENİLƏNİB
Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) 20.08.2026-cı il tarixində saat 12:15 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən (TƏBİB) cavab olaraq bildirilib.
Qeyd edilib ki, daxil olarkən pasiyentlərdən 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bir nəfər (kişi) valideyinlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü şəxsin (qadın) saat 12:47-də öküm faktı qeydə alınıb.
Digər şəxslərin müalicəsi davam etdirilir.
Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
xxx
14:05
Bu gün saat 12:00 radələrində İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Hyundai" və "Lynco" markalı avtomobillərin toqquşması nəticəsində "Hyundai"da olan iki nəfər həyatını itirib.
Qəza zamanı 60 yaşlı Elina Məmmədova və 2026-cı il təvəllüdlü körpə (oğlan) ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре