Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 8,1% orta illik artımı hədəflənir
Azərbaycan hökuməti 2030-cu ilə qədər Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 8,1% orta illik artımını hədəfləyir.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Proqramda həmçinin qeyd edilib ki, Azərbaycan 2030-cu ilədək turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə 40 % real artım hədəfləyir.
"Turistlərin yerləşdirilməsi və ictimai iaşə" iqtisadi fəaliyyəti növü üzrə yaradılmış əlavə dəyərin real artımı 7.2%, ölkə daxilində turizm məqsədilə səfər edən Azərbaycan vətəndaşlarının sayının 4,7%, mehmanxanalarda keçirilən gecələmələrin sayının 6,7% orta illik artım hədəflənir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре