https://news.day.az/azerinews/1855055.html Azyaşlının ayağı avtobusun qapısında qaldı – “BakuBus” sürücünü cəzalandıracaq - FOTO 150 nömrəli marşrut avtobusunda azyaşlı qapının arasında qalaraq xəsarət alıb. Day.Az lent.az-a istinadən bildirir ki, bu barədə azyaşlının valideyni paylaşım edib. Ananın sözlərinə görə dünən saat beş-altı radələrində 150 nömrəli (90-JQ-261) dövlət nəqliyyat nişanlı marşrut avtobusunda iki azyaşlı övladı dayanacaqda düşmək istəyib.

Azyaşlının ayağı avtobusun qapısında qaldı – “BakuBus” sürücünü cəzalandıracaq - FOTO

Azərbaycanca, 20 августа 2026 14:55 (UTC +04:00) 121
Azyaşlının ayağı avtobusun qapısında qaldı

150 nömrəli marşrut avtobusunda azyaşlı qapının arasında qalaraq xəsarət alıb.

Day.Az lent.az-a istinadən bildirir ki, bu barədə azyaşlının valideyni paylaşım edib.

Ananın sözlərinə görə dünən saat beş-altı radələrində 150 nömrəli (90-JQ-261) dövlət nəqliyyat nişanlı marşrut avtobusunda iki azyaşlı övladı dayanacaqda düşmək istəyib. Lakin sürücü qapını dərhal bağladığı üçün uşaqlardan birinin ayağı qapının arasında qalıb əzilərək, qanayıb. Sürücü onları düşürərək, heç bir üzr istəmədən yoluna davam edib.

Lent.az-ın məsələ ilə bağlı sorğusuna "BakuBus"dan bildirilib ki, 150 nömrəli marşrut xətti üzrə daxil olan şikayət dərhal nəzarətə götürülüb və avtobusun daxili kameraları vasitəsilə operativ şəkildə araşdırılıb:

"Görüntülərə əsasən, sərnişinlərin enişi zamanı sürücünün ehtiyatsızlıq və tələskənliyə yol verdiyi, nəticədə qapının vaxtından əvvəl bağlandığı təsdiqini tapıb. Baş verən xoşagəlməz hala görə təəssüfümüzü ifadə edirik.

Qeyd edək ki, sözügedən sürücü ilə bağlı daxili nizam-intizam qaydalarına uyğun olaraq müvafiq inzibati tənbeh tədbiri görüləcək.

Sərnişinlərimizin, xüsusilə də azyaşlıların təhlükəsizliyi və rahatlığı bizim üçün hər zaman ən ali prioritetdir. Gələcəkdə bənzər halların təkrarlanmaması üçün müvafiq təlimatlandırma və nəzarət tədbirləri davam etdiriləcək". 

  • Azyaşlının ayağı avtobusun qapısında qaldı
  • Azyaşlının ayağı avtobusun qapısında qaldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости