https://news.day.az/azerinews/1855066.html Liseylərə və gimnaziyalara qəbul üçün son tarix açıqlandı 2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində avtomatik sorğular yaradılıb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

Liseylərə və gimnaziyalara qəbul üçün son tarix açıqlandı

Azərbaycanca, 20 августа 2026 15:18 (UTC +04:00) 92
Liseylərə və gimnaziyalara qəbul üçün son tarix açıqlandı

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində avtomatik sorğular yaradılıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya verilməlidir.

Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şagirdin şəxsi kabinetində yerləşən "Sorğularım" bölməsindən izləyə bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости