https://news.day.az/azerinews/1856439.html Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri.

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Azərbaycanca, 28 августа 2026 12:14 (UTC +04:00) 212
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və öz adımdan Zati-alinizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, təşkilatımızın Sizin dəyərli şəxsiyyətinizə və ortaq ideallarımıza sarsılmaz sadiqliyinizə dərin hörmətini bir daha təsdiqləyirəm.

İyirmi ildir ki, Siz ICESCO-nun dəyərli xoşməramlı səfiri olaraq sivilizasiyalar arasında dialoq, ortaq irsimizin qorunması və İslam dünyasında uşaqların və qadınların rifahı ilə bağlı işlərimizə real dəstək vermisiniz. Bu, həm də Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi öz ölkəniz üçün gördüyünüz böyük işləri əks etdirir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və həyatınızı həsr etdiyiniz nəcib məqsədlərə çatmaqda tükənməz güc arzulayıram. ICESCO Zati-alinizin ruhlandırıcı rəhbərliyi ilə qarşıdakı illərdə Azərbaycanla səmərəli tərəfdaşlığı dərinləşdirməyi inamla və minnətdarlıqla gözləyir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

xxx

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli Mehriban xanım.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz uzun illər öz fəaliyyətinizdə insanların rifahını yaxşılaşdıran, qarşılıqlı anlaşmanı təşviq edən və cəmiyyətləri bir-birinə yaxınlaşdıran təşəbbüslərə xüsusi diqqət yetirmisiniz. Bu davamlı fəaliyyət Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Asiyada dialoqu, etimadı və daha güclü birliyi inkişaf etdirməklə bağlı qarşıya qoyduğu məqsədlərə uyğundur.

Məhz bu ruhda mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edən Azərbaycanın bu il Bakıda AQEM Qadınlar Şurasının ilk iclasını təşkil etmək təşəbbüsünü səmimi-qəlbdən alqışlayıram. Bu, bizim ortaq səylərimizin daha da zənginləşdirilməsi və yeni imkanların yaradılması baxımından əhəmiyyətlidir.

Bu əlamətdar gündə Sizə ailənizin və yaxınlarınızın dəstəyi ilə qarşıdakı illərdə bütün səylərinizdə davamlı uğurlar arzu edirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости