https://news.day.az/azerinews/1856620.html Şəmkirdə azyaşlı əməliyyatdan sonra öldü Şəmkirin Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra ölüb. Day.Az xəbər verir ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı evdə vəfat edib.

Şəmkirdə azyaşlı əməliyyatdan sonra öldü

Azərbaycanca, 29 августа 2026 13:05 (UTC +04:00) 236
Şəmkirdə azyaşlı əməliyyatdan sonra öldü

Şəmkirin Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra ölüb.

Day.Az xəbər verir ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı evdə vəfat edib.

TƏBİB-dən bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il tarixində saat 10:00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası, xroniki tonzilit diaqnozları təyin olunub və cərrahi əməliyyat icra edilib.

Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

27.08.2026-cı il tarixində saat 08:30 və 12:10 radələrində pasiyentdə qanaxma müşahidə olunub.

Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və 27.08.2026-cı il tarixində saat 13:40 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Hadisə bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости