https://news.day.az/azerinews/1856724.html Amsterdamda naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib Amsterdamın mərkəzi dəmiryol vağzalında naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində üç nəfər yaralanıb. Bu barədə yerli "HLN" nəşrinə istinadən məlumat yayılıb. Hadisə şənbə günü saat 19:30-da (Bakı vaxtı ilə 21:30) Amsterdamın mərkəzi vağzalında baş verib.

Amsterdamda naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib

Azərbaycanca, 30 августа 2026 09:46 (UTC +04:00) 178
Amsterdamda naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib

Amsterdamın mərkəzi dəmiryol vağzalında naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində üç nəfər yaralanıb.

Bu barədə yerli "HLN" nəşrinə istinadən məlumat yayılıb.

Hadisə şənbə günü saat 19:30-da (Bakı vaxtı ilə 21:30) Amsterdamın mərkəzi vağzalında baş verib.

 

Məlumata görə, naməlum şəxs ətrafdakı insanlara bıçaqla hücum edərək üç nəfəri yaralayıb. Hücum zamanı şübhəlinin özü də xəsarət alıb. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib. Onların səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Hadisənin motivləri və hücumun səbəbləri araşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости