Bu dərmanlar kişilərdə keçəllik riskini artıra bilər
Ozempic, Wegovy və Zepbound kimi GLP-1 təsirli preparatların genetik olaraq keçəlliyə meyilli kişilərdə saç tökülməsi riskini təxminən 7 faiz artıra biləcəyi müəyyən edilib.
Day.Az xəbər verir ki, NYU Langone Health alimlərinin araşdırmasında GLP1R geni ilə kişilərdə geniş yayılmış androgenetik alopesiya arasında mümkün əlaqə araşdırılıb.
Alimlər yüksək təzyiq, insulin müqaviməti və aşağı testosteron kimi digər risk faktorlarını da nəzərə alıblar. GLP-1 preparatlarından istifadə zamanı saç tökülməsi daha əvvəl də müşahidə edilib və bunun əsas səbəblərindən birinin sürətli çəki itkisi olduğu düşünülür. Çəki sabitləşdikdən sonra saçların uzanması bir çox hallarda bərpa olunur.
Bununla belə, tədqiqat GLP-1 dərmanlarının birbaşa keçəlliyə səbəb olduğunu sübut etmir. Mütəxəssislər saç follikullarına mümkün təsirin mexanizmini dəqiqləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər. Gələcəkdə genetik xüsusiyyətlər əsasında risk qrupunda olan şəxslərin müəyyənləşdirilməsi və minoksidil kimi müalicələrin tətbiqi də araşdırıla bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре