Evlənməyən kişilər daha tez qocalır? – Alimlərdən diqqətçəkən nəticə
Çepmen Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri heç vaxt evlənməyən kişilərdə bioloji qocalmanın daha sürətli ola biləcəyini müəyyən ediblər.
Day.Az xəbər verir ki, tədqiqat 762 ABŞ sakininin məlumatları əsasında aparılıb.
Araşdırmada heç vaxt ailə həyatı qurmayan kişilərdə "GrimAge" və "DunedinPACE" göstəriciləri üzrə sürətlənmiş epigenetik qocalma əlamətləri müşahidə olunub. Qadınlarda isə belə əlaqə aşkarlanmayıb.
Alimlər vurğulayıblar ki, nəticələr nikahın olmamasının birbaşa sürətli qocalmaya səbəb olduğunu sübut etmir. Sosial dəstək, stress və həyat tərzinin də rol oynaya biləcəyi ehtimal edilir və bunun üçün əlavə araşdırmalara ehtiyac var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре