https://news.day.az/azerinews/1858766.html Azərbaycanda ÜDM artıb Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, cari ilin yanvar- avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

Azərbaycanda ÜDM artıb

Azərbaycanca, 9 сентября 2026 11:37 (UTC +04:00) 171
Azərbaycanda ÜDM artıb

Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, cari ilin yanvar- avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

Səkkiz ayda neft-qaz sektoru üzrə ÜDM istehsalı 26 milyard 181,9 milyon manat olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,8 faiz azalıb. Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı isə 61 milyard 527,6 milyon manat təşkil etməklə illik müqayisədə 2,1 faiz artıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости