Ağır məktəb çantası uşaqların onurğasına zərər verə bilər – Ortoped xəbərdarlıq etdi
Ağır məktəb çantası inkişaf mərhələsində olan uşaqların sümük-əzələ sisteminə, xüsusilə onurğasına mənfi təsir göstərə bilər.
Day.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin canlı yayımında çıxış edən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev bildirib ki, normadan artıq yük uşağın düzgün duruşunu pozaraq onurğada kifoz, lordoz və funksional skolioz kimi problemlərə səbəb ola bilər.
Onun sözlərinə görə, çantanın tək çiyində daşınması bədənin bir tərəfinə qeyri-bərabər yük salır, çiyin və bel əzələlərində disbalans və ağrı yaradır. Ağır çanta həmçinin boyun və çiyinlərə əlavə gərginlik verir, uşağın irəli əyilməsinə və fiziki yorğunluğuna səbəb olur.
Ortoped məktəb çantasının çəkisinin uşağın bədən çəkisinin maksimum 10 faizi, müstəsna hallarda isə 15 faizi qədər olmasını tövsiyə edib. Çantanın hər iki çiyində daşınması, enli və yumşaq asqılara, bel və sinə kəmərlərinə malik olması, ağır kitabların isə arxa bölmədə yerləşdirilməsi vacibdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре