Xərçəngin gözardı edilən əlamətləri açıqlanıb – Mütəxəssisdən xəbərdarlıq
Qan xərçənginin bəzi əlamətləri adi yorğunluq və stresslə səhv salına bilər.
Day.Az xəbər verir ki, həkim Çun Tanqın sözlərinə görə, gecə tərləmələri, dəridə qaşınma, səbəbsiz göyərmələr və baş ağrıları diqqətdən kənarda qalmamalıdır.
Mütəxəssis bildirib ki, tez-tez başgicəllənmə, qeyri-adi qanaxma, nəfəs darlığı və dərinin solğunlaşması da xəbərdarlıq əlamətləri ola bilər. Bu simptomların uzun müddət davam etməsi və getdikcə güclənməsi halında həkimə müraciət etmək tövsiyə olunur.
Həkim həmçinin bu dəyişiklikləri yaş və ya gərgin iş qrafiki ilə əlaqələndirib gözardı etməyin təhlükəli olduğunu vurğulayıb. O, sağlamlıq vəziyyətini həkim məsləhəti olmadan qida əlavələri ilə düzəltməyə çalışmağı da məsləhət görməyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре