https://news.day.az/azerinews/1858885.html Yemək vaxtı telefondan istifadə kökəlməyə səbəb ola bilər – Mütəxəssis Yemək zamanı sosial şəbəkələrə baxmaq və video izləmək insanın fərqinə varmadan normadan artıq qida qəbul etməsinə səbəb ola bilər. Day.Az xəbər verir ki, rusiyalı dietoloq Anton Polyakovun sözlərinə görə, diqqətin telefona yönəlməsi qidanın miqdarına və keyfiyyətinə nəzarəti zəiflədir.

Yemək vaxtı telefondan istifadə kökəlməyə səbəb ola bilər – Mütəxəssis

Azərbaycanca, 10 сентября 2026 04:20 (UTC +04:00) 233
Yemək vaxtı telefondan istifadə kökəlməyə səbəb ola bilər

Yemək zamanı sosial şəbəkələrə baxmaq və video izləmək insanın fərqinə varmadan normadan artıq qida qəbul etməsinə səbəb ola bilər.

Day.Az xəbər verir ki, rusiyalı dietoloq Anton Polyakovun sözlərinə görə, diqqətin telefona yönəlməsi qidanın miqdarına və keyfiyyətinə nəzarəti zəiflədir.

Mütəxəssis bildirib ki, ekrana baxarkən insan yeməyi daha az çeynəyir və qidanı avtomatik qəbul edir. Bu isə həzm problemlərinə və toxluq hissinin gec yaranmasına gətirib çıxara bilər.

Polyakovun sözlərinə görə, belə vərdişin mütəmadi təkrarlanması gələcəkdə artıq çəki riskini artırır. Buna görə də yemək zamanı telefon və digər ekranlardan uzaq durmaq tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости