Dəri sağlamlığı üçün vacib vitaminlər açıqlanıb
Dermatoloq İrina Kotovanın sözlərinə görə, dəri sağlamlığının qorunmasında C, A, E, D və B qrupu vitaminləri mühüm rol oynayır.
Day.Az xəbər verir ki, C vitamini kollagen sintezini dəstəkləyir, A vitamini hüceyrə bölünməsini tənzimləyir, E vitamini isə antioksidant təsir göstərərək dərinin nəmlənməsinə kömək edir.
Mütəxəssis B3 vitamininin iltihabəleyhinə təsir göstərdiyini və dərinin qoruyucu baryerini dəstəklədiyini bildirib. D vitamini dəri hüceyrələrinin bölünməsi və immun funksiyalarında iştirak edir. Vitamin çatışmazlığı zamanı quruluq, səpgilər və digər dəri problemləri müşahidə oluna bilər.
Lakin bu əlamətlər vitamin çatışmazlığını təkbaşına təsdiqləmir. Həkim çatışmazlığın analizlərlə müəyyənləşdirilməsini və yalnız nəticələrə əsasən uyğun vitamin və preparatların qəbul edilməsini tövsiyə edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре