https://news.day.az/azerinews/1859149.html Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər Dərindən və tam nəfəs ala bilməmək tənəffüs sistemi ilə bağlı problemlərin əlaməti ola bilər. Day.Az xəbər verir ki, həkim Svetlana Burnatskayanın sözlərinə görə, astma, xroniki obstruktiv ağciyər xəstəliyi və pnevmoniya zamanı nəfəs darlığı, sinədə sıxılma, xırıltı və öskürək müşahidə edilə bilər.

Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər

Azərbaycanca, 11 сентября 2026 05:52 (UTC +04:00) 233
Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər

Dərindən və tam nəfəs ala bilməmək tənəffüs sistemi ilə bağlı problemlərin əlaməti ola bilər.

Day.Az xəbər verir ki, həkim Svetlana Burnatskayanın sözlərinə görə, astma, xroniki obstruktiv ağciyər xəstəliyi və pnevmoniya zamanı nəfəs darlığı, sinədə sıxılma, xırıltı və öskürək müşahidə edilə bilər.

Bu simptom anemiya zamanı da yarana bilər. Hemoqlobinin aşağı olması toxumaların daha az oksigen almasına səbəb olur və insan bunu kompensasiya etmək üçün daha tez-tez və dərindən nəfəs alır. Ürək çatışmazlığı və işemik ürək xəstəliyi də xüsusilə fiziki yüklənmə və uzanıqlı vəziyyətdə nəfəs darlığına səbəb ola bilər.

Mütəxəssis digər mümkün səbəblər arasında piylənmə və təşviş-narahatlıq pozuntularını da qeyd edib. Nəfəs darlığı qəfil yaranırsa, güclüdürsə və ya sinə ağrısı, göyərmə, huş bulanması kimi əlamətlərlə müşayiət olunursa, təcili tibbi yardım göstərilməsi vacibdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости