Dondurucuda bu qidaları uzun müddət saxlamayın
Qarpız, çiyələk, xiyar və göyərti kimi su miqdarı yüksək olan qidalar dondurucuda uzun müddət saxlanıldıqda keyfiyyətini tez itirir.
Day.Az xəbər verir ki, dondurma zamanı yaranan buz kristalları hüceyrə quruluşunu zədələyir, məhsullar əridildikdə isə yumşaq və sulu hala düşür.
Uzun müddət dondurucuda qalan qidalarda dondurucu yanığı da yarana bilər. Səthdə ağmtıl buz təbəqəsi və rəng dəyişməsi məhsulun nəm və dad itkisinə məruz qaldığını göstərir. Buna görə qidaları hava keçirməyən qab və ya paketlərdə saxlamaq və üzərinə tarix yazmaq tövsiyə olunur.
Belə qidaları əridikdən sonra ayrıca yeməkdənsə, püre, şorba, sous və smuzi hazırlanmasında istifadə etmək daha məqsədəuyğundur. Dondurucuda saxlama müddətini qısa tutmaq həm dadın, həm də qida keyfiyyətinin daha yaxşı qorunmasına kömək edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре