Uzunömürlülərlə bağlı maraqlı araşdırma: Dekabrda doğulanlar daha çoxdur
Araşdırmalar 105 və daha çox yaşa çatan insanlar arasında dekabr ayında doğulanların sayının digər aylara nisbətən daha çox olduğunu göstərib.
Day.Az xəbər verir ki, bir tədqiqatda dekabrda doğulanların 105 yaşa çatmaq ehtimalının orta göstəricidən təxminən 16 faiz yüksək olduğu müəyyənləşib.
Alimlər doğum mövsümünün uzunömürlülüyə təsirində ana bətnində və həyatın ilk aylarında qidalanma, günəş işığı, D vitamini, mövsümi infeksiyalar və ətraf mühit kimi amillərin rol oynaya biləcəyini düşünürlər.
Bununla belə, mütəxəssislər doğum ayının insanın ömrünü müəyyən etmədiyini vurğulayırlar. Genetika, sağlam qidalanma, fiziki aktivlik, yuxu, stressin idarə olunması və tibbi xidmətə çıxış uzunömürlülük üçün daha mühüm amillərdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре