Alıcılar çətinliklə üzləşir: Gigiyenik məhsulların üzərində niyə Azərbaycan dilində məlumat yoxdur? - VİDEO
Marketlərdə, kosmetika mağazalarında və apteklərdə satılan şampun, duş geli, sabun, diş pastası və digər gigiyenik məhsulların üzərində bəzən Azərbaycan dilində tərkib və istifadə qaydası barədə məlumat qeyd edilmir. Bu isə istehlakçıların məhsul haqqında düzgün məlumat əldə etməsini çətinləşdirir. Alıcılar bəzən tərkibi öyrənmək üçün telefon və internet vasitəsilə tərcümədən istifadə etməyə məcbur qalırlar.
Day.Az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, bu cür məhsullar satışa çıxarılmazdan əvvəl müvafiq tələblərə uyğun olmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, Azərbaycanda satılan malların etiketində digər dillərlə yanaşı Azərbaycan dilində də məlumat verilməlidir. Bəzi məhsullarda isə bu məlumat ayrıca etiket formasında təqdim olunur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, cari ilin ilk səkkiz ayında aparılan müşahidələr zamanı 21 sahibkarlıq subyektinin idxal etdiyi 130 çeşiddə qeyri-ərzaq məhsulunun etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı müəyyən edilib. Aşkar olunan halların aradan qaldırılması üçün həmin sahibkarlara məktublar göndərilib.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре