https://news.day.az/azerinews/1861217.html
Əl ilə yazmaq yaddaşı gücləndirə bilər
Mütəxəssislər bildirirlər ki, əl ilə yazmaq klaviaturada yazmaqdan daha yavaş olduğuna görə insanın fikirlərini daha şüurlu formalaşdırmasına və yaradıcı düşüncənin inkişafına kömək edə bilər. Day.Az xəbər verir ki, araşdırmalar əl ilə qeydlərin yaddaş və məlumatların mənimsənilməsinə də müsbət təsir göstərə biləcəyini göstərir.
Əl ilə yazmaq yaddaşı gücləndirə bilər
Mütəxəssislər bildirirlər ki, əl ilə yazmaq klaviaturada yazmaqdan daha yavaş olduğuna görə insanın fikirlərini daha şüurlu formalaşdırmasına və yaradıcı düşüncənin inkişafına kömək edə bilər.
Day.Az xəbər verir ki, araşdırmalar əl ilə qeydlərin yaddaş və məlumatların mənimsənilməsinə də müsbət təsir göstərə biləcəyini göstərir. Yazı zamanı əl və barmaqların müxtəlif hərəkətləri beynin bir neçə bölgəsini aktivləşdirir.
Mütəxəssislər rəqəmsal həyatın fonunda gündəlik qeydləri vaxtaşırı kağız üzərində aparmağı tövsiyə edirlər. Kiçik dəftər və qələm saxlamaq bu vərdişi gündəlik həyata daxil etməyin sadə yollarından biridir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре