https://news.day.az/azerinews/1862568.html Əli Kərimli ömürlük həbs edilə bilər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq iş materialları tanışolma üçün vəkillərə verilib.

Əli Kərimli ömürlük həbs edilə bilər

Azərbaycanca, 25 сентября 2026 14:55 (UTC +04:00) 185
Əli Kərimli ömürlük həbs edilə bilər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq iş materialları tanışolma üçün vəkillərə verilib.

Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.

İstintaq orqanı yaxın günlərdə topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək.

Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Ə. Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. AXCP sədri hazırda məhkəməsi gedən R.Mehdiyevin işində şahid qismində tanınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости