https://news.day.az/azerinews/1862985.html Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılır. Trend-in anım tədbirindəki müxbiri xəbər verir ki, sentyabrın 27-də səhər saatlarından ölkənin şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə anım mərasimləri keçirilir. Vətəndaşlar Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edirlər.

Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq

Azərbaycanca, 27 сентября 2026 09:50 (UTC +04:00) 173
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılır.

Trend-in anım tədbirindəki müxbiri xəbər verir ki, sentyabrın 27-də səhər saatlarından ölkənin şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə anım mərasimləri keçirilir. Vətəndaşlar Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edirlər.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü kimi təsis edilib. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin, eləcə də bütün şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsidir.

Küçə, prospekt və meydanlarda, evlərin eyvanlarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Şəhidlərin xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən də yad edilir.

 

Qeyd edək ki, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости