Ölüm hallarında artımın səbəbi nədir? - VİDEO
Son illərdə ölüm hallarının yaş qrupları üzrə dinamikası narahatlıq doğurur. Xüsusilə ürək-damar xəstəlikləri, infarkt, insult və onkoloji xəstəliklərin daha gənc yaşlarda müşahidə olunması ciddi fəsadlara və qəfil ölümlərə səbəb olur. Mütəxəssislər bu tendensiyanın əsas səbəbləri sırasında qeyri-sağlam qidalanma, stress, hərəkətsiz həyat tərzi və zərərli vərdişləri göstərirlər.
Day.Az xəbər verir ki, həkim-terapevt Həbib Sahratovun sözlərinə görə, müasir həyat tərzi orqanizmə daxil olan və sərf edilən kalorilər arasında balansı pozur.
Rafinasiya olunmuş və yağlı qidaların həddindən artıq qəbulu, fiziki aktivliyin azalması artıq çəkiyə, xolesterinin yüksəlməsinə və damarların tıxanmasına gətirib çıxarır. Nəticədə miokard infarktı, beyin insultu, tromboemboliya və ritm pozuntuları kimi ağırlaşmaların, o cümlədən qəfil ölümlərin riski artır.
Daha sağlam və uzun ömür üçün düzgün qidalanma, fiziki aktivliyin artırılması və stressin idarə olunması vacibdir. Mütəxəssislər hər gün ən azı bir saat tempolu yürüş etməyi və şikayət olmasa belə, mütəmadi check-up müayinələrindən keçməyi tövsiyə edirlər. Çünki bir sıra təhlükəli xəstəliklər ilkin mərhələdə heç bir əlamət vermədən inkişaf edir və vaxtında aparılan profilaktik müayinələr erkən ölüm riskinin qarşısını almaqda mühüm rol oynayır.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре