https://news.day.az/azerinews/1865343.html Qaradağda yük avtomobili dəmir arakəsmələrə çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTO Qaradağda baş vermiş qəzada dörd nəfər ölüb, iki nəfər yaralanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 7-də saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.

Qaradağda yük avtomobili dəmir arakəsmələrə çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTO

Azərbaycanca, 7 октября 2026 19:25 (UTC +04:00) 273
Qaradağda yük avtomobili dəmir arakəsmələrə çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Qaradağda baş vermiş qəzada dörd nəfər ölüb, iki nəfər yaralanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 7-də saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması, qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu təyin edilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir".

  • Qaradağda yük avtomobili dəmir arakəsmələrə çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb
  • Qaradağda yük avtomobili dəmir arakəsmələrə çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости