https://news.day.az/azerinews/1866175.html Almaniyada qadınların hərbi xidmətə çağırılması müzakirə olunur Almaniyada qadınların da hərbi xidmətə cəlb edilməsi məsələsi gündəmə gəlib. APA xəbər verir ki, "Sky News" mövzu ilə bağlı videoreportaj yayımlayıb. Məsələ ölkənin müdafiə imkanlarının gücləndirilməsi və hərbi xidmət sisteminin gələcəyi ilə bağlı müzakirələr fonunda gündəmə gətirilib.

Almaniyada qadınların hərbi xidmətə çağırılması müzakirə olunur

Azərbaycanca, 11 октября 2026 16:44 (UTC +04:00) 203
Almaniyada qadınların hərbi xidmətə çağırılması müzakirə olunur

Almaniyada qadınların da hərbi xidmətə cəlb edilməsi məsələsi gündəmə gəlib.

APA xəbər verir ki, "Sky News" mövzu ilə bağlı videoreportaj yayımlayıb.

Məsələ ölkənin müdafiə imkanlarının gücləndirilməsi və hərbi xidmət sisteminin gələcəyi ilə bağlı müzakirələr fonunda gündəmə gətirilib.

Qeyd edək ki, qadınların məcburi hərbi xidmətə çağırılması barədə qərar qəbul olunmayıb. Hazırda məsələ müzakirə mərhələsindədir.

"Sky News"un videoreportajında yalnız qadınların iştirak etdiyi hərbi hazırlıq düşərgəsindən görüntülər təqdim olunub. Jurnalistlər gənc qadınların Almaniyanın yeni hərbi xidmət qaydalarına münasibətini öyrəniblər.

Almaniyada qəbul edilən yeni qaydalara əsasən, 18 yaşlı gənclərə hərbi xidmətlə bağlı sorğu göndərilir. Kişilərin sorğunu cavablandırması məcburidir, qadınların iştirakı isə könüllüdür.

Ölkədə hərbi xidmətə könüllü cəlbetmənin genişləndirilməsi nəzərdə tutulur. Kifayət qədər könüllü olmadığı halda məcburi hərbi xidmətin tətbiqi üçün parlamentin ayrıca qərarı tələb olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости