https://news.day.az/azerinews/1866224.html Sabah Culfada işıq olmayacaq Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Sabah Culfada işıq olmayacaq

Azərbaycanca, 11 октября 2026 19:55 (UTC +04:00) 239
Sabah Culfada işıq olmayacaq

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasından çıxan 3, 4 və 5 nömrəli 10 kV-luq hava elektrik xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 12:00-dan 15:00-dək Saltaq, Göydərə, Gal, Şurut, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdəki abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости