https://news.day.az/azerinews/748118.html Danışıqlarınız dinlənilir - XƏBƏRDARLIQ

Danışıqlarınız dinlənilir - XƏBƏRDARLIQ

Azərbaycanca, 11 февраля 2016 11:56 (UTC +04:00) 1 034
Danışıqlarınız dinlənilir

Day.Az представляет новость на азербайджанском языке

"T9000" adlanan yeni virus `Skype` istifadəçilərinin danışıqları və şəxsi məlumatlarını yazır.

Day.Az bildirir ki, bu barədə azvision.az Daily Mail-ə istinadən xəbər verir. 

İlk dəfə virus haqqında məlumatı "Palo Alto Networks" şirkətinin ekspertləri yayıblar. Bu zərərli proqramı hətta "Kaspersky", "Norton", "AVG" və digər məşhur antiviruslar da aşkarlaya bilmir. 

"Bu virusun ilkin funksiyası istifadəçi haqqında məlumat yığmaqdır", - deyə "Palo Alto" eksperti bildirib. 

Kompüterlər Rich Text Format (RTF) formatında faylların işə salınması ilə bu virusa yoluxur. Bundan sonra troyan çoxpilləli quraşdırma prosesini işə salır ki, bu da hər addımda antivirus proqram təminatının olub - olmamasını yoxlayır.

Tam yoxlamadan sonra virus yoluxmuş sistemdən məlumatları toplayıb və hakerin serverinə göndərir. 

"Skype" rəsmisi isə yeni virus haqqında məlumat və onun potensial təhlükələri araşdırılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости