Gəncədə şəhid ailəsinə mənzil verilib

Day.Az представляет новость на азербайджанском языке

Bu ilin aprelində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutan İnqilab Quliyevin ailəsinə mənzil verilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, şəhidin indiyədək kirayədə yaşayan 2 oğul övladı artıq Gəncədə hərbçilər üçün yeni salınan şəhərcikdə böyüyəcək. 2 otaqlı mənzilin açarı şəhidin oğlu 5 yaşlı Hüseyn Quliyevə təqdim edilib. Mənzildə yaradılan şəraitlə tanış olan şəhər rəhbərliyi Gəncədə şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə küçələrdən birinə İnqilab Quliyevin adının veriləcəyini də diqqətə çatdırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.