https://news.day.az/azerinews/843053.html Tramp Əsəd tərəfdarına yüksək vəzifə verəcək?

Tramp Əsəd tərəfdarına yüksək vəzifə verəcək?

Azərbaycanca, 22 ноября 2016 11:12 (UTC +04:00) 1 005
Tramp Əsəd tərəfdarına yüksək vəzifə verəcək?

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Konqresinin Nümayəndələr Palatasının, həmçinin Demokratlar Partiyasının üzvü Tulsi Qabbard Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasına daxil ola bilər.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "ABC Newsсo" telekanalı D.Trampın keçid komandasının nümayəndəsinə istinadən xəbər verir.

Bundan əvvəl T.Qabbard bəyan etmişdi ki, Suriya prezidenti Bəşər Əsədin və onun hökumətinin devrilməsi Liviya və İraq ssenarilərinin təkrarlanmasına və İŞİD terror qruplaşmasının mövqelərinin möhkəmlənməsinə səbəb olacaq.

Telekanalın məlumatına əsasən, hazırda T.Qabbardın D.Tramp administrasiyasında müxtəlif vəzifələrə namizədliyinə ciddi şəkildə baxılır. Mümkün vəzifələr arasında dövlət katibi, müdafiə naziri və ya ABŞ-ın BMT-dəki daimi nümayəndəsi göstərilir.

Həmçinin bundan əvvəl Nyu-Yorkda D.Trampla T.Qabbardın görüşdüyü bildirilir. Mənbənin məlumatına əsasən, görüş uğurlu olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости