Ümummilli Liderin xatirəsi Həştərxanda da anılıb
Day.Az представляет новость на азербайджанском языке
Dekabrın 12-də Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə tədbir iştirakçıları, o cümlədən Həştərxan vilayəti və şəhərinin rəsmi nümayəndələri, diaspor təmsilçiləri, iş adamları, ictimaiyyətin nümayəndələri, azərbaycanlı tələbələr və şəhər sakinləri Ulu Öndərin Həştərxan şəhərindəki Heydər Əliyev parkında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə əklillər qoyublar.
Anım mərasimi Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbində davam edib. Tədbir iştirakçıları Ulu Öndərin parlaq xatirəsi birdəqiqəlik sükutla yad ediblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре