Bakıda ulu öndər Heydər Əliyevin sevdiyi mahnılardan ibarət konsert proqramı təşkil olunub

Day.Az представляет новость на азербайджанском языке

Dekabrın 12-də Alman-Azərbaycan Mədəniyyət Birliyi - "Kapellhaus"da müasir müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə qonaqlar əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Təhsil Nazirliyinin rəhbərliyi, ali məktəblərin rektorları, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə xalqımızın böyük oğlunun keçdiyi ömür yolundan, dövlətçiliyimiz tarixindəki xidmətlərindən danışılıb, onun dövlət müstəqilliyinin əldə edilməsi, ölkəmizin inkişafı və yüksəlişi naminə gördüyü işlər xüsusi vurğulanıb.

Sonra tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Mədəniyyət və İncəsənət Universitetinin tələblərinin ifasında konsert proqramı ilə davam edib.

Konsertdə Ümummilli Liderin sevdiyi və eləcə də bu görkəmli şəxsiyyətə həsr olunan mahnılar ifa olunub. Belə ki, konsert çərçivəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-Hicran" xoru, "Sənsiz", Fikrət Əmirovun "Muğam-poema"sı, "Niyazinin "Arzu", Qara Qarayevin "İldırımlı yollarla", Azar Dadaşovun "Azərbaycan", Vasif Adıgözəlovun "Qərənfil", Sevil Əliyevanın "Ana", Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm" və Müslim Maqomayevin "Azərbaycan" və digər mahnılar səsləndirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.