https://news.day.az/azerinews/862360.html Fərdanın səhhətində problem yarandı - FOTOLAR

Fərdanın səhhətində problem yarandı - FOTOLAR

Azərbaycanca, 25 января 2017 15:17 (UTC +04:00) 1 376
Fərdanın səhhətində problem yarandı

Day.Az представляет новость на азербайджанском языке

"Əsəblərim korlanıb, səhhətimdə problem yaranıb. Müalicə alıram, hətta gecələr yatmaq üçün dərman da atıram".

Day.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında yumor ustası Fərda Xudaverdiyev deyib.

O bildirib ki, sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən sonra psixoloji problemləri yaranıb:

"Tənqidə hər zaman açığam. Amma ünvanıma təhqirlər yazılır. Qohumlarım da üstümə düşüb, onlara cavab verməyimi istəyirlər. Yaxınlarımın bu reaksiyası da səbr kasamı daşdırdı. Yazılan sözlərə fikir verməmək olmur. Bir müddətdir sakitləşdirici dərmanlar atıram. Amma artıq psixoloqa müraciət edəcəm. Bir neçə həkimlə danışmışam, içlərindən birini seçib gedəcəm. Bizdə uğur qazananları qəbul etmirlər".

F.Xudaverdiyev yaxın zamanda "Selfinaz"ın ikinci hissəsinin olacağını söyləyib:

"Şirkətlə müqaviləmizə görə, bu il də eyni tarixdə "stand-up" etməliyik. Hələ ki səhhətimlə məşğulam, imkan versə, edəcəm. Şirkətin ssenaristləri də, özüm də nələrsə yazıb hazırlayırıq. Olub-olmayacağı fevralın ortalarında dəqiqləşəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
  • Fərdanın səhhətində problem yarandı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости