Fərda hamıdan üzr istədi

Day.Az представляет новость на азербайджанском языке

Yumor ustası Fərda Xudaverdiyevin "Selfinaz" konsertində qalmaqal baş verib.

Day.Az-ın axşam.az-a istinadən məlumatına görə, əvvəlcə təşkilatçılar media nümayəndələrinə çəkiliş üçün icazə verməyib, onları çölə çıxarıblar.

Daha sonra sualları cavablandıran F.Xudaverdiyev söyüş söyüb.

Aktyor konsertdə baş verənlərə görə üzr istəyib:

"Aprel başlayandan "Yanlış anlama" filminin çəkilişlərindəyəm. Gündüz film çəkilişində oluram, gecələr isə bu konsertə hazırlaşırdım. Evimə getməyə belə vaxtım olmurdu. Çox insanı dəvət etmədiyim üçün məndən incidi. Mənim bir çox şeyləri düşünməyə vaxtım yox idi. Təşkilatçılar tərəfindən jurnalistlərə qarşı edilən hərəkətdən xəbərim olmayıb. Mən heç bir media nümayəndəsinin qolundan tutub bayıra çıxartmaram. Konsertimdə baş verən bütün xoşagəlməz hallara görə üzr istəyirəm. Təşkilatçıların kobudluğuna görə mən üzr istəyirəm və deyirəm ki, bu söhbəti bağlasınlar. Kimlər bu gecəyə mənə görə gəlib, hamıya təşəkkür edirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.