https://news.day.az/azerinews/923676.html Türkiyədə dəhşətli qəza: 8 ölü, 15 yaralı

Türkiyədə dəhşətli qəza: 8 ölü, 15 yaralı

Azərbaycanca, 14 августа 2017 19:28 (UTC +04:00) 964
Türkiyədə dəhşətli qəza: 8 ölü, 15 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Ağrı vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, qəza Tutak və Hamur rayonlarını birləşdirən Hamurdərəsi avtomobil yolunda, Palandökən kəndi ərazisində qeydə alınıb.   

Belə ki, Ağrı şəhərinə doğru hərəkətdə olan yük maşınının üzərindəki ekskovator avtomobil yoluna düşüb. Nəticədə arxadan yüksək sürətlə gələn mikroavtobus ekskovatora çırpılıb. Qəzada mikroavtobusdakı sərnişinlərdən 8 nəfəri ölüb, 15-i yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости