https://news.day.az/azerinews/945637.html Bərzani istefa verdi - YENİLƏNİB

Bərzani istefa verdi - YENİLƏNİB

Azərbaycanca, 29 октября 2017 18:44 (UTC +04:00) 819
Bərzani istefa verdi

Day.Az представляет новость на азербайджанском языке

----------
18:44

Bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib.

APA-nın məlumatına görə, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

M.Bərzaninin istefa barədə məktubu bu gün İraq Kürd Bölgə Muxtariyyətinin parlamentinin qapalı toplantısında oxunub. M Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb. Bununla da 2015-ci ildən İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri postunu tutan və iki dəfə səlahiyyət müddəti uzadılan M.Bərzaninin istefası rəsmiləşib.

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.  Daha sonra İraqordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.

----------
09:23

Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabrın 1-də istefaya gedəcəyini bəyan edib. 

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, yeni lider seçilənədək muxtariyyət rəhbərinin səlahiyyətlərini bölgə hökuməti, parlamenti və məhkəmə instansiyaları birgə icra edəcəklər.    

 

İraq ordusu kürdlərin nəzarətində olan ərazilərin bir hissəsini ələ keçirdikdən sonra yerli müxalifət  M.Bərzaninin istefasını tələb edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости