https://news.day.az/azerinews/947223.html Bəzi yollarda sürüşmələr aktivləşib - VİDEO

Bəzi yollarda sürüşmələr aktivləşib - VİDEO

Azərbaycanca, 2 ноября 2017 23:59 (UTC +04:00) 1 033
Bəzi yollarda sürüşmələr aktivləşib

Day.Az представляет новость на азербайджанском языке

Respublikanın bəzi yollarında sürüşmə sahələrinin aktivliyi artıb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki,  yollarda hərəkət edən sürücülər üçün təhlükə var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının keçirdyi son yoxlamalardan sonra bəzi yollarda sürüşmə təhlükəsinin artdığı müşahidə olunub.

Eyni zamanda əsas yollardan biri olan Bakı-Şamaxı yolunda da sürüşmə sahəsində aktivlik artıb.

Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Rasim Niftəliyevin sözlərinə görə, sözügedən yollarda sürüşmə sahələrində aktivliyin artması uçqun təhlükəsi riskini də artırır. Bu isə yolda hərəkət edən sürücülər üçün təhlükə yaradır.

Bundan başqa, təbii amillərin təsirindən Masazır və Zığ qəsəbəsində də sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости