https://news.day.az/azerinews/996587.html Fərda Şafak Sezerlə görüşməyə gedir Day.Az представляет новость на азербайджанском языке Aktyor Fərda Xudaverdiyev Türkiyəyə gedir. Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yumor ustası bu haqda "ATV kulis" verilişində deyib. O bildirib ki, səfərinin məqsədi məşhur aktyor Şafak Sezerlə görüşməkdir: "Bir həftəyə gedib onunla görüşəcəm.

Fərda Şafak Sezerlə görüşməyə gedir

Azərbaycanca, 17 апреля 2018 19:05 (UTC +04:00) 857
Fərda Şafak Sezerlə görüşməyə gedir

Day.Az представляет новость на азербайджанском языке

Aktyor Fərda Xudaverdiyev Türkiyəyə gedir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yumor ustası bu haqda "ATV kulis" verilişində deyib. O bildirib ki, səfərinin məqsədi məşhur aktyor Şafak Sezerlə görüşməkdir:

"Bir həftəyə gedib onunla görüşəcəm. Əminəm ki, onunla çəkiləcəyim film məni Türkiyənin 50-60 faizinə tanıdacaq".

F.Xudaverdiyev "Övladlarının aktyor olmasını istəyərsən" sualına belə cavab verib:

"Ən böyük istəyim onların futbolçu olmasıdır. Atamın istəyi ilə İqstisad Universitetində oxudum. Anamın istəyi ilə Kimya Biologiya Təmayüllü Respublika Liseyi bitirdim. Öz istəyimlə də aktyor oldum. Gecə ssenari yazanda atam gəlib əsəbiləşirdi. Valideynlərim aktyor olmağımı istəmirdi".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости