“Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Peşə təhsili haqqında" Azərbaycan Respublikası Qanununun 10.11-ci maddəsi aşağıdakı redaksiyada verilir:

"10.11. Dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd verilir.".