https://news.day.az/partner/1565817.html Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi

Партнер, 19 мая 2023 14:47 (UTC +04:00) 790
Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi

Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilmişdir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. İki il yarım əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və beləliklə, Ümummilli Liderin arzu və tapşırıqları həyata keçirildi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости