https://news.day.az/showbiz/398658.html Məleykə Əsədova: "Bu hədiyyə məni göylərə qaldırdı"

Məleykə Əsədova: "Bu hədiyyə məni göylərə qaldırdı"

Шоу-бизнес, 27 апреля 2013 16:01 (UTC +04:00) 2 537
Məleykə Əsədova: "Bu hədiyyə məni göylərə qaldırdı"

Day.Az представляет новость на азербайджанском языке.


Bu günlərdə doğum gününün sevincini yaşayan xalq artisti Məleykə Əsədova çoxsaylı pərəstişkarlarının hədiyyə yağışına tutulub.
 

Bu barədə Publika.Az-a danışan sevilən aktrisamız ounun üçün özəl və çox qiymətli olan hədiyyədən də söz açdı:

"Qızım aprelin 20-dən başlayaraq ta ad günümə qədər mənə çoxlu sayda məktublar yazmağa başladı. Bu məktubun birində bu sözləri yazmışdı: "Ana 23 yaşın mübarək, mən səni dünyalar qədər istəyirəm. Cizgilərin çox gözəldir. Sən mənim gələcəyimsən.

Sonra ürək şəkli çəkib fotomu onun içinə qoyub və bu sözləri yazıb: "Ürək odla yaşar". Daha sonra isə öpüşlərini o ürəyin içinə həkk etmişdi. İnanın ki, qızım bu hədiyyə ilə məni göylərə qaldırdı. Sanki dünyanı mənə bağışladı. Saflıq nümunəsi olan qızımın içindən gələn bu sözləri məni duyğulandırdı".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости