"Elə bil ki, üç il cəzaçəkmə müəssisəsində olmuşam"

Day.Az представляет новость на азербайджанском языке

Aktyor-şoumen Fərda Xudaverdiyev qonağı olduğu "Belə yaxşıdır" verilişində maraqlı açıqlamalar verib.

Ölkə.az-ın məlumatına görə, o, aktyorluq təhsili almadığını və üç il məcburən kimya-biologiya liseyində oxuduğunu etiraf edib:

"Kimya-biologiya liseyində təhsil almışam. Dərsdən sonra bir saat istirahət, ardınca yenə məşğələlər olurdu. Çox ağır idi.

Məni orada bacıma mühafizəçi qoymuşdular. Çünki bacım da həmin liseydə təhsil alırdı, hazırda həkimdir. Elə bil ki, üç il cəzaçəkmə müəssisəsində olmuşam".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.