Toyota Motor Corporation müsabiqənin qalibi olan 8 yaşlı Kənan Arzumanovu Yaponiyaya çağırır. 

 

İSR Auto - Toyota Bakı Mərkəzi tərəfindən bu ilin yanvar ayında start verən 13-cü "Toyota Dream Car" Beynəlxalq Rəsm Müsabiqəsi Kənan Arzumanovun qələbəsi ilə başa çatdı. Peşəkar heyətdən təşkil olunmuş münsiflərin qərarı ilə, yerli seçimlərdə  8 yaşlı Kənan 10 qalibindən biri olmuşdu. O, Təhsil Nazirliyinin 2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsidir. 

Artıq 5 ildir ki, Toyota Bakı Mərkəzi, Toyota Motor Corporation tərəfindən təşkil edilən "Toyota Dream Car" qlobal uşaq rəsm müsabiqəsində iştirak edir. Ənənəvi olaraq beynəlxalq müsabiqənin  münsiflər heyəti - Yaponiyanın tanınmış sənətçiləri, reklam sənayesinin, motorsportun, beynəlxalq avtomobil jurnalistikasının nümayəndələri və Toyota Motor Korporasiyasının prezidenti Akio Toyoda müsabiqəyə 80-dən çox ölkədən daxil olan 700-dən çox rəsm əsərinə baxıblar. Ümumilikdə müsabiqədə iştirak üçün 500.000-dən çox müraciət olunmuşdur.