Day.Az представляет новость на азербайджанском языке.

Etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsi hadisəsi hazırda dünyada soyqırımı aktı kimi qəbul olunmuşdur. XVIII əsrin əvvəllərindən bu günədək Azərbaycan tarixinin son 300 illik dövrünü ətraflı təhlil etsək, mənfur erməni terrorçu və faşistlərinin dinc azərbaycanlıları düçar etdikləri müsibətləri, faciələri göz önünə gətirsək və 1948-ci il dekabrın 9-da BMT-nin qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 2-ci maddəsinin müddəaları ilə tutuşdursaq, xalqımızın həqiqətən böyük bir soyqırımına məruz qaldığı açıq-aşkar görünər. Bu fikirlər 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Pirallahı rayon İcra hakimiyyəti tərəfindən təşkil olunmuş anım mərasiminin başlıca qayəsini təşkil etmişdir.
 
168 №-li tam orta məktəbin akt zalında keçirilmiş tədbirdə iştirak edən rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri, orta məktəblərin şagirdləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Tədbirdə çıxış edən Pirallahı rayon İcra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini qeyd etmiş, Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən danışmış, bu faciələrin unudulmamasının və hadisələrin gələcək nəsillərə dəqiq çatdırılmasının vacibliyini bildirmişdir.
 
V.Səfixanov vurğulamışdır ki, bu gün ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar, uzaqgörən və məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının müharibə şəraitində və torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilən Azərbaycanın hərbi büdcəsi Ermənistanla müqayisə oluna bilməz və bu fakt Ermənistanı sözün əsl mənasında qorxuya salır. 2015-ci il dövlət büdcəsində müdafiə sahəsinə 17,9 faiz həcmində, yəni 1 778,5 milyon manat vəsait xərclənməsi nəzərdə tutulmuşdur ki, bu da ötən illə müqayisədə 3,1 faiz artım deməkdir. Qeyd edildi ki, Azərbaycan MDB-nin ən güclü 4-cü ordusuna malikdir və Azərbaycanın müdafiə sahəsinə ayırdığı vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu isə onu göstərir ki, cənab Prezident İlham Əliyev hər bir vədini konkret əməli işi ilə təsdiqləyir və həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan ordusu bu gün işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etmək qüdrətinə malikdir.

Mərasimdə çıxış edən natiqlər, o cümlədən Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü, 186 №-li tam orta məktəbin tarix müəllimi Yaqub Hüseynov, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin məsul əməkdaşı Bilal Bəkirov və başqaları soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildirmiş, Dağlıq Qarabağ hadisələrinin erməni faşistlərinin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırımı siyasətinin davamı olduğunu qeyd etmiş, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini vurğulamışlar.
 
Tədbir Pirallahı rayonunda yerləşən orta məktəb şagirdlərinin ifasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə davam etdirilmiş və "Türkün bayrağı" mahnısının möhtəşəm sədaları altında başa çatmışdır.

Böyütmək üçün şəkillərə klikləyin:


15 000-dək krediti 15 dəqiqəyə əldə et!