https://news.day.az/azerinews/740535.html Maskalılar Bakıda keçmiş prokurorun evinə soxuldular - FOTO

Maskalılar Bakıda keçmiş prokurorun evinə soxuldular - FOTO

Azərbaycanca, 21 января 2016 19:15 (UTC +04:00) 901
Maskalılar Bakıda keçmiş prokurorun evinə soxuldular

Day.Az представляет новость на азербайджанском языке

Bakıda maskalı şəxslərin ahıl ər-arvadın əl-qolunu bağlayaraq evi qarət etməsi ilə bağlı yeni detallar üzə çıxıb. Ailənin yaxınlarının musavat.com-a verdiyi məlumata görə, Balaxanı qəsəbəsində evinə basqın edilən 74 yaşlı Vaqif Musayev uzun illər prokurorluq orqanlarında işləyib. O, Bakının Nəsimi rayonunun prokuror müavini, sonralar isə Sabunçu rayonunun prokuroru vəzifələrində çalışıb. 

Xatırladaq ki, Balaxanı qəsəbəsinin sakini, 74 yaşlı Vaqif Musayevin yaşadığı evə girən 3 maskalı şəxs onun və həyat yoldaşı, 68 yaşlı Nəcibə Musayevanın əl-qolunu və ağızlarını yapışqan lentlə bağlayaraq mənzildən 650 manat, 300 dollar və 5000 manat dəyərində zinət əşyalarını da götürərək qaçıb.
 
Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости